"Borussiya" ilə oyunöncəsi "Arsenal"da ciddi itki
Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində "Borussiya" (Dortmund) klubunun qonağı olacaq "Arsenal" ciddi itki ilə üzləşib.

Komandanın gənc futbolçusu Cək Uilşır məşq zamanı zədələnərək sıradan çıxıb.

Sol topuğundan zədələnən futbolçu məşqi yarımçıq dayandırmalı olub. Bu səbəbdən ingilis futbolçu Premyer Liqada "Liverpul"la oyunu (2:0) buraxmışdı. Belədə Uilşırın "Borussiya" ilə görüşdə də iştirak etməyəcəyi dəqiqləşib.

Qeyd edək ki, "Borussiya" - "Arsenal" oyunu noyabrın 6-da, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 1325 dəfə oxundu.