“Bakı”nın beş futbolçusu “Atletiko”da!
“Bakı” klubunun 1999-cu il təvəllüdlü beş futbolçusu Madrid “Atletiko”sunun akademiyasında təhsil almaq üçün bu gün İspaniyaya yolda düşəcəklər.

Bu haqda bu gün gənclər və idman naziri Azad Rəhimovla “Bakı”nın prezidenti Hafiz Məmmədovun keçirdiyi mətbuat konfransında məlumat verilib.

“Atletiko”nun düşərgəsinə gedən futbolçular Rəşid Əliyev, Asim Abdullazadə, Cavid Mikayıllı, Qəlbinur Adıgözəlli və Ruslan Süleymanovdur.

"Bakı"nın prezidenti Hafiz Məmmədov bildirib ki, adları çəkilən futbolçular akademiyada üç il və ya daha çox müddətə təhsil alacaq, eyni zamanda “Atletiko”nun məşqlərində iştirak edəcəklər.

Qeyd edək ki, bu proses “Bakı” ilə “Atletiko” arasındakı əməkdaşlıq çərçivəsində baş tutur.

Xəbər 818 dəfə oxundu.