"Borussiya" Nuri Şahini birdəfəlik transfer etmək istəyir
"Borussiya" heyətində icarə əsasında forma geyən "Real"ın futbolçusu Nuri Şahini transfer etmək istəyir.

Madrid klubu ilə 2017-ci ilə qədər müqaviləsi olan türk yarımmüdafiəçini Dortmund təmsilçisi mövsümün sonuna qədər 1 milyon avroya icarəyə götürmüşdü.

Nurinin son matçlardakı yaxşı çıxışından sonra klub onu birdəfəlik heyətinə qatmağa qərar verib. Bu məqsədlə "Borussiya”nın "Real"la 7.4 milyon avro ödəyəcəyi bildirilib.

Xəbər 914 dəfə oxundu.