"Yuventus"dan Artur Vidala yeni müqavilə
"Yuventus" klubu aparıcı futbolçusu Artur Vidalla müqavilə yeniləməyə hazırlaşır.

Bu barədə klubun prezidenti Cüzeppe Marotta açıqlama verib.

Marotta artıq bütün sənədlərin hazır olduğunu və yalnız imza atmağın qaldığını bildirib. 26 yaşlı futbolçu ilə 2018-ci ilə qədər müqavilə imzalanacağı gözlənilir. Bu müddət ərzində futbolçu ilinə 4,5 milyon avro qazanacaq.

Qeyd edək ki, bu mövsüm 13 oyunda forma geyinən Vidal 6 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər 923 dəfə oxundu.