Atletiko Madrid Barselonanın ardından ikinciliyini qorudu
Atletico Madrid La Liqada zirvədən enmir.

İdman.com.az saytının məlumatına görə, zədə alması səbəbindən keçdiyimiz həftə Real Betis qarşısında forma geyə bilməyən Arda Turan bu həftə də çox təəssüf ki, sahədə yer ala bilmədi. Lakin buna baxmayaraq komanda güclü oyun nümayiş etdirərək, Qranadayı səfərdə penalti qolları ilə məğlub edərək Barselonanın ardından ikinciliyini qorudu.

İspaniyada davam edən futbol həyəcanın 11-ci həftəsində Qranada ilə AtletiKo Madrid qarşı-qarşıya gəldi . Zorlu mübarizədə gülən tərəf 2-1 hesabı ilə Dieqo Simeonun tələbələri oldu.

Qeyd edək ki, Atletiko Madrid bu mövsüm komandanın parlayan ulduzu Dieqo Kostanın penaltidən vurduğu qolla önə keçdi. Sahədən 2-1hesabı ilə qalib ayrılan Atletiko Madrid 11-ci həftəni itkisiz keçirdi və hələki lider Barselonanın 1 bal gerisində təqibini davam etdirməkdədir. Qranada da isə 11 xalla 14-cü sırada qalmaqdadır.


Aynurə Pənahqızı





Xəbər 1363 dəfə oxundu.