Xabi Alonso klubunda qalacaq
İngilis klublarının transfer siyahısında olan Real Madridli Xabi Alonso klubunda qalmaq istədiyini bildirib.

İdman.com.az saytının məlumatına görə, Alonsonun Real Madrid ilə mövsüm sonunda müqaviləsi sona çatacaq. İspaniyanın orta sahə oyunçusu Xabi Alonso, gələcəyi ilə bağlı da şərhlər edib.
İngilis mətbuatına müsahibə verən 31 yaşlı futbolçu, "Artıq gələcəkdə hansı komandada oynayacağıma bağlı danışmağımın vaxtı gəldi. Şikəst olduğum dövrdə bu mövzuda şərh etmək istəməmişdim".

Klubu ilə yaxşı bir ünsiyyətə sahib olduğunu ifadə edən Alonso şikəst olduğu üçün nizamlı olaraq oynayamadığı dövrdə özünə göstərilən maraqdan bəhs edərək, "Tərəfdarlarımın mənə qarşı sevgi və hörmətindən çox məmnunam. Son beş aylıq müddətdə klubumdan həmişə razı qalmışam və artıq komandama qayıtmaq istəyirəm" .-deyə bildirib

Aynurə Pənahqızı

Xəbər 930 dəfə oxundu.