"Monako" Valdeslə danışıqlara başladı
Ötən mövsüm "Barselona"nın futbolçusu Viktor Valdesi transfer etmək istəyən, ancaq buna nail ola bilməyən "Monako" ispan qapıçını heyətinə qatmaqda israrlıdır.

Klub mövsümün sonunda "Barselona"dan ayrılacaq təcrübəli qolkiperlə yenidən danışıqlara başlayıb.

Bu barədə yayılan xəbərləri bir zaman həm "Barselona", həm də "Monako" forması geyən və ötən il futbolçu karyerasını başa vuran Lüdoviq Jüli də təsdiqləyib: "Monako" Valdeslə danışıqlara başlayıb. O, Fransa klubunun onunla maraqlanmasından məmnun olduğunu mənə söylədi. Valdesin nə qərar verəcəyini bilmirəm. Amma onu "Monako"da görmək istəyərəm".

Xəbər 910 dəfə oxundu.