UEFA "Qalatasaray"ı hədələdi
UEFA Çempionlar Liqasının B qrupunda mübarizə aparan "Qalatasaray"a xəbərdarlıq edib.

Qitənin ali futbol qurumu İstanbul klubunun ev oyunlarını keçirdiyi "Türk Telekom Arena"nın ot örtüyündə ötən mövsüm yaşanan problemlərin təkrarlanmasının qarşısını almaq üçün tədbirlər görülməsini tələb edib.

UEFA-dan bildirilib ki, əgər stadionun öt örtüyündəki problemlər yenə yaransa, klubun öz oyunlarını başqa stadionda keçirməklə bağlı qərar veriləcək.

Xəbər 947 dəfə oxundu.