"Roma" İtalya çempionatının tarixinə düşdü
İtaliya A seriyasında bu mövsüm uğurlu çıxışı ilə seçilən "Roma" ölkə çempionatında bir ilkə imza atıb.

10-cu turda dünən "Kievo"nu qəbul edən paytaxt təmsilçisi minimal hesablə qələbə qazanıb - 1:0. Bu qalibiyyətlə klub ardıcıl 10-cu oyunda meydanı üç xalla tərk edib.

Bununla da, "Roma" A seriyası tarixində ilk dəfə olaraq ard-arda 10 matçda qələbə qazanan yeganə komanda olub.

Qeyd edək ki, bu mövsüm qapısında yalnız bir qol görən "canavarlar" 30 xalla turnir cədvəlinin lideridir.

Xəbər 1067 dəfə oxundu.