Riberidən yeni rekord
"Bavariya"nın futbolçusu Frank Riberi yeni bir rekorda imza atıb.

Münhen təmsilçisinin bundesliqada "Herta"nı 3:2 hesabı ilə məğlub etdiyi matçda forma geyən yarımmüdafiəçi bu qələbə ilə Almaniya futbolunun tarixinə düşüb.

Belə ki, Riberinin bundesliqada ard-arda oynadığı 39 matçda komandası məğlub olmayıb. Bununla da, o, "Hamburq"un keçmiş futbolçusu Holqer Hieronumusu geridə qoyaraq bundesliqa tarixində ən uzun müddət məğlubiyyət görməyən oyunçu olub.

Xəbər 872 dəfə oxundu.