Ronaldo FİFA-nın tədbirlərini boykot edəcək
"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo "Qızıl top" mükafatının təqdimedilmə mərasiminə qatılmayacaq.

Portuqaliyalı futbolçunun FİFA prezidenti Yozef Blatterin onun haqda söylədiyi mənfi fikirlərdən sonra bu qərarı aldığı bildirilir.

FİFA prezidenti daha sonra Ronaldodan üzr istəsə də, ulduz futbolçu "Qızıl top" mükafatının təqdimedilmə mərasiminə qatılmamaqda israrlıdır. Ronaldonun nəinki "Qızıl top", eləcə də FİFA-nın bayrağı altında təşkil olunacaq bütün tədbirlərdən imtina etdiyi bildirilir.

Qeyd edək ki, Ronaldo "Qızıl top" mükafatını qazanmağa əsas namizədlərdən biridir.

Xəbər 871 dəfə oxundu.