PSJ-dən "Çelsi"nin futbolçusuna 41 milyon avro
Fransanın PSJ klubu "Çelsi"nin yarımmüdafiəçisi Xuan Mataya "elçi" düşüb.

Paris təmsilçisi ispaniyalı futbolçu üçün qarşı tərəfə 41 milyon avro təklif edib.

Daha öncə "Mançester Yunayted" və "Tottenhem"in təkliflərini rədd edən "Çelsi" hələlik bu təklifə münasibət bildirməyib. 25 yaşlı futbolçu razılıq verəcəyi təqdirdə Mata yanvar ayından PSJ-də çıxış edəcək. Lakin Mata verdiyi açıqlamasında "Çelsi"də qalmaq istədiyini deyib.

Qeyd edək ki, 2011-ci ildən "Çelsi"də çıxış edən Mata keçirdiyi 74 oyunda 18 qola imza atıb.

Xəbər 943 dəfə oxundu.