Mingəçevirdə qızlar arasında final yarışı keçirilib
26-30 oktyabr tarixlərində idman məktəblərinin VI Respublika oyunlarının proqramına daxil olan həndbol üzrə 1999-2000-ci il təvəllüdlü qızlar arasında final yarışı keçirilib.

Mingəçevir şəhəri Kür Olimpiya İdman kompleksində 8 komanda 108 idmançının iştirakı ilə keçirilən yarışın məqsədi, Respublikada gənc və perspektivli idmançıların aşkar edilməsi, Şəhər və rayonlarda Həndbol idman növünün təbliği və yayılması olub.

Sonda birinciyə Bakı (ROİL), ikinciyə Bakı Təhsil, üçüncü yerə İsmayıllı komandaları layiq görülüblər.

Xəbər 816 dəfə oxundu.