Sumqayıtda şəhər birinciliyi keçirilib
25-26 oktyabr tarixlərində Sumqayıt şəhər 1 saylı UGİM-nin stolüstü tennis zalında 2002-ci il və daha kiçik yaşlı oğlan və qızlar arasında şəhər birinciliyi keçirilib.

Yarışda oğlanlar arasında Nurlan Nəcəfli, qızlar arasında Vüsalə Absəlimova bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Sonda qalib və mükafatçılar şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və hədiyyələri ilə təltif olunublar.

Xəbər 1281 dəfə oxundu.