Kriştiano Ronaldo cəzalandırıla bilər
"Real"ın (Madrid) futbolçusu Kriştiano Ronaldo cəzalandırılmaq təhlükəsi ilə üzləşib.

Bu barədə İspaniya Hakimlər Komitəsinin rəhbəri Viktoriano Sançes Arminio "La Sexta"ya açıqlamasında deyib.

O bildirib ki, portuqaliyalı hücumçunun "Barselona" ilə matçda penalti vermədiyi üçün hakim Undiano Mallenkoya etiraz etməsi futbolçuya baha başa gələ bilər: "Ronaldoya cəza vermək gündəmimizdədir. Hakimlərə hörmət olunmasını istəyirik".

Qeyd edək ki, "El Klassiko"da Ronaldoya qarşı qayda pozulsa da, hakim penalti təyin etməmişdi. Futbolçu isə bu səbəbdən həm qarşılaşma zamanı, həm də matçdan sonra hakimə etirazını bildirmişdi.

Xəbər 808 dəfə oxundu.