“Lokomotiv” komandasının rəqibi müəyyənləşdi
Qadınlar arasında Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının səkkizdəbir final mərhələsinə yüksəlmiş Bakının “Lokomotiv” komandasının rəqibi müəyyənləşib.

Çexiyanın “Brno” kollektivini yarışdan kənarlaşdıran “Lokomotiv” növbəti mərhələdə İsrailin “Hapoel” (Kfar Saba) komandası ilə qarşılaşacaqdır. İlk oyun dekabrın 3-5-də Bakıda təşkil olunacaq.

Xəbər 646 dəfə oxundu.