"Qvardiola "Bavariya"nı bütün rəqiblər üçün təhlükəli edəcək"
"Bavariya" klubunun yarımmüdafiəçisi Bastian Şvaynştayger baş məşqçisi Pep Qvardipola haqda xoş sözlər deyib.

29 yaşlı futbolçu komandasının Qvardiola ilə "Barselona" səviyyəsinə yüksələcəyinə inandığını bildirib:

"Qvardiola möhtəşəm məşqçidir. O, "Barselona"dakı taktiki gedişlərini burada da tətbiq edir ki, bu da çox uğurlu alınır. "Bavariya"nın onun rəhbərliyi altında "Barselona" səviyyəsinə gələcəyinə inanıram. Onun komandanı bütün rəqiblər üçün təhlükəli edəcəyinə şübhəm yoxdur".

Qeyd edək ki, alman futbolçu sonda əməliyyatdan sonra yaşıl meydanlara qayıtmağın çox çətin olduğunu bildirib.

Xəbər 840 dəfə oxundu.