Qədir Hüseynov Yuqra kubokuna sahib oldu
Xantı-Mansıda keçirilmiş yarışlar silsiləsinə sürətli şahmat üzrə Yuqra kuboku (Rusiyanın Qran-pri mərhələsi) yekun vurulub. İsveçrə sistemi üzrə 11 turda keçirilmiş yarışda dünyanın 6 ölkəsindən və Rusiyanın 15-dən çox regionundan 122 şahmatçı, o cümlədən 25 beynəlxalq qrossmeyster, 8 beynəlxalq dərəcəli usta, 11 FİDE ustası və 40 nəfərdən çox idman ustalığına namizəd yarışıb.

Turnirin qalibi və sürətli şahmat üzrə Yuqra kubokunun sahibi 11 mümkün xaldan 9 xal toplamış Azərbaycan qrossmeysteri Qədir Hüseynov olub.

İkinci yeri 8,5 xalla, Belarusdan olan beynəlxalq qrossmeyster Sergey Jiqalko tutub. Ufadan olan beynəlxalq qrossmeyster Denis Xismatullin eyni nəticə göstərsə də, əlavə göstəricilərə görə üçüncü olub.

Xəbər 1261 dəfə oxundu.