Aryen Robbendən PSJ açıqlaması
"Bavariya" klubunun futbolçusu Aryen Robben PSJ-yə keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Hollandioyalı futbolçu "Bavariya"dan ayrılmaq niyyətində olmadığını açıqlayıb:

"Təbii ki, böyük klubların səninlə maraqlanması hər zaman xoşdur. Lakin hər kəs bilir ki, mən "Bavariya"da özümü çox xoşbəxt hiss edirəm və komandadan ayrılmaq niyyətim yoxdur. Hazırda bütün diqqətimi komandamın uğurlarına yönəltmişəm".

Qeyd edək ki, 29 yaşlı futbolçunun "Bavariya" ilə 2015-ci ilə qədər müqaviləsi var.

Xəbər 873 dəfə oxundu.