"Beşiktaş" dalaşan futbolçularını yenə cəzalandırdı
"Beşiktaş"ın dalaşan iki futbolçusu İbrahim Toraman və Sezər Öztürkə pul cəza kəsilib.

Əsas komandadan uzaqlaşdırılan futbolçulardan Sezər Öztürkün cəzası daha ağır olub.

Belə ki, klubda illik 900 min avro qazanan oyunçu 120 min türk lirəsi ilə cəzalandırılıb. Toraman isə komanda yoldaşından bir qədər az - 600 min avro maaş aldığı üçün cəzası 80 min türk lirəsi olub.

Xəbər 864 dəfə oxundu.