Mançini "Qalatasaray"dan gedə bilər
"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini İstanbul klubundan ayrıla bilər.

İtaliyalı mütəxəssisin "Cim Bom"la imzaladığı müqavilədə İtaliya millisindən təklif gələcəyi zaman komandadan getməsinə razılıq veriləcəyi ilə bağlı maddə var.

İtaliya yığmasının hazırkı çalışdırıcısı Çezare Prandellinin yığmadan ayrılacağı təqdirdə isə namizədlər arasında Mançini də var.

İtaliya Futbol Federasiyasının (İFF) prezidenti Qiankarlo Abate açıqlamasında hazırkı baş məşqçinin komandadan ayrılmasını istəmədiyini deyib. Ancaq o, Prandellini gedəcəyi təqdirdə Mançinini yığmaya gətirə biləcəklərinin mesajını da verib.

Xəbər 847 dəfə oxundu.