"Yuventus" "Barselona"nın futbolçusunu istəyir
İtaliyanın "Yuventus" klubu "Barselona"nın hücumçusu Aleksiz Sançezi icarəyə götürmək niyyətindədir.

Turin təmsilçisi 24 yaşlı futbolçu üçün 5 milyon avro ödəməyə hazırdır.

Lakin Kataloniya təmsilçisi hələlik "Yuventus"un bu təklifinə münasibət bildirməyib. "Barselona" Sançezi yüksək qiymətə satmağı planlaşdırdığından, futbolçunun hər hansı kluba icarəyə veriləcəyi inandırıcı görünmür.

Qeyd edək ki, Çili yığmasının üzvü bu mövsüm keçirdiyi 8 oyunda 6 qola imza atıb.

Xəbər 824 dəfə oxundu.