"Balotelli yenidən Mourinyo ilə birgə çalışa bilər"
"Milan"ın futbolçusu Mario Balotelli keçmiş baş məşqçisi Joze Mourinyo ilə yenidən çalışa bilər.

Gənc hücumçunun meneceri Rayola onun London klubuna transfer oluna biləcəyini deyib.

Ancaq "Milan" prezidenti Adriano Qalliani hələlik buna razılıq vermir: "Mourinyo ilə bir-birlərini çox yaxşı tanıyırlar. Ən əsası da bir-birindən nifrət edərək ayrılmayıblar. Hələ də əlaqələri var. Balotellini "Çelsi"yə transferi reallaşa bilər. Ancaq Qalliani bunu istəmir".

Qeyd edək ki, Mourinyo "İnter"də olarkən Balotellinin baş məşqçisi olub.

Xəbər 800 dəfə oxundu.