Dieqo Kostanın hansı millidə oynacağı rəsmiləşdi
"Atletiko"nun (Madrid) futbolçusu Dieqo Kostanın hansı millidə forma geyinəcəyi dəqiqləşib.

Braziliyada anadan olmasına baxmayaraq, 24 yaşlı hücumçunun İspaniya vətəndaşlığı da var.

İspaniya Futbol Federasiyası (İFF) Braziliya millisindən də dəvət alan D.Kostanın İspaniya yığmasında oynacağını açıqlayıb.

Bununla da, 24 yaşlı futbolçu Braziliyada təşkil olunacaq dünya çempionatında İspaniya millisinini formasını geyəcək.

Xəbər 841 dəfə oxundu.