Ronaldo Blatterin cavabını verdi
"Real" (Madrid) klubunun futbolçusu Kriştiano Ronaldo FİFA prezidenti Yozef Blatterin cavabını verib.

Ali futbol qurumunun prezidenti açıqlamasında Messi ilə Ronaldonu müqayisə etmiş, portuqaliyalı hücumçunun daha çox bərbərxanada pul xərclədiyini bildirmişdi.

Ronaldo isə FİFA prezidentinin bu açıqlaması olan videonu "Twitter" sosial şəbəkəsindəki hesabında paylaşaraq deyib: "Bu video FİFA-nın mənə, klubuma və ölkəmə göstərdiyi hörməti açıq şəkildə ortaya qoyur. Blatterə uzun ömür arzulayıram. Bununla da o, favorit komandalarının və oyunçularının uğurlarına şahid ola bilər".

Qeyd edək ki, Blatterin açıqlamasından sonra Madrid klubunun prezidenti Florentino Perez FİFA-ya məktub göndərmiş, bundan sonra isə Blatter Ronaldodan üzr istəmişdi.


Xəbər 953 dəfə oxundu.