“Lokomotiv” cavab matçına çıxdı
Qadın voleybolçulardan ibarət “Lokomotiv” klubu CEV kubokunda 1/16 final mərhələsində cavab matçına çıxıb. “Dəmiryolçular” ilk görüşdə darmadağın etdikləri “Brno”nu Çex Respublikasında da eyni hesabla qalib gəliblər - 3:0 (25:21, 25:22, 25:20).
Bu qələbədən sonra “Lokomotiv” 1/8 finala çıxıb. “Brno” isə, mübarizəni Çellenc kubokundan davam etdirəcək.

Xəbər 796 dəfə oxundu.