Azərbaycan kuboku: 1/16 finala yekun vurulur
Bu gün Azərbaycan kubokunun 1/16 final mərhələsinə yekun vurulacaq.

1/8 finala yüksələn son komandanın adına Naxçıvanda aydınlıq gələcək.

Burada birinci divizion təmsilçiləri - "Araz-Naxçıvan" və "Ağsu" üz-üzə gələcək.

"Ağsu" birinci diviziounun son çempionu, "Araz-Naxçıvan" isə hazırkı çempionatın lideridir. Bu mənada maraqlı bir görüşün olacağı gözlənilir.

Qeyd edək ki, oyunun qalibi 1/8 finalda "Simurq"la qarşılaşacaq.

30 oktyabr

Azərbaycan kuboku, 1/16 final

14:00. “Araz Naxçıvan” – “Ağsu”
İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika stadionu

Xəbər 1045 dəfə oxundu.