AOK Bakı 2015-ə hazırlıqdan razıdır
Avropa Olimpiya Komitəsi (AOK) müşahidə qrupu Avropa Oyunları 2015-ə ev sahibliyi edən şəhərə gəlişlərindən üç gün sonra Avropa Oyunları Bakı 2015-in yerli əməliyyat komitəsi tərəfindən edilmiş irəliləyişi qiymətləndirdi.

Bakı 2015 Oyunlarına hazırlıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və Avropa Olimpiya Komitəsinin icraiyyə komitəsinin üzvü Spiros Kapralos ilə görüşündə müzakirə edilib. Azərbaycanda idmanın müxtəlif sahələrinin inkişafı və Bakıda İlk Avropa Oyunlarına hazırlıqlarda irəliləyişlər qeyd edilib.

Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, UNESKO-nun sülhməramlı səfiri və Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsinin sədri Xanım Mehriban Əliyeva AOK-un üzvlərini Bakıda 28-29 oktyabr 2013-cü ildə keçirilən təqdimatlarda qəbul edib.

Bakıda mətbuat konfransında çıxış edərkən AOK-un Koordinasiya Komitəsinin sədri Spiros Kapralos bildirib ki, tarixi ilk Avropa Oyunlarına Bakı 2015 Təşkilat Komitəsi tərəfindən aparılan bütün planlaşdırma və hazırlıqlara “valeh olub”.

Spirol Kapralos bildirdi: “Bakı 2015 Oyunları Avropa və bütövlükdə Avropa gəncləri və cəmiyyəti üçün böyük yeni infrastrukturlar, ilham və tədbirlərin keçirilməsi üçün yerlər qoyub gedəcək.

Bizim ilk Koordinasiya komissiyamızın gəlişindən sonra altı ay ərzində Cim Şerr Baş Əməliyyat İcraçısı kimi şuraya gəldi və tezliklə torpaq üstündə qaçışda müvəffəqiyyət əldə etmiş beynəlxalq dərəcəli böyüklər qrupuna birinci dərəcə tətbiq etdi.

Kapralos və AOK-un prezidenti və BOK-un İcraiyyə Şurasının üzvü Patrik Hikki Azərbaycan Respublikasının idman və gənclər naziri və BAOƏK-in Baş Əməliyyat məmuru Cim Şerr tərəfindən müşayiət olunan tədbirin keçirilmə yerlərinə tura şəxsən başçılıq edən Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) Baş İcraçısı cənab Azad Rəhimov tərəfindən qəbul edildi.

Nazir Rəhimov söylədi ki, “İkinci dəfə Koordinasiya Komissiyasını salamlamaqdan məmnunluq duyuruq və onları öz plan və irəliləyişlərimizlə tanış etməkdən zövq aldıq.”
“Prezident Əliyev və Birinci Xanıma bizim səfərimizdə iştirak etməklərinə görə minnətdaram. Onların ilk Avropa Oyunlarına ev sahibliyi etməyi öhdələrinə götürməsi tərəddüdsüz olmuşdur və onların plan və prosesə cəlb olunmaları alqışlanır”, - deyə Patrik Hikki bildirdi.

“BAOƏK idman yarışlarının cədvəli və keçirilmə yerlərinə münasibətdə ilk Tarixi Avropa Oyunlarının planlaşdırılmasında müfəssəl detalları ilə yeni səviyyəyə çatdı. Bu, atletlər, tamaşaçılar, qonaqlar və Oyunlara hazır olan digər qruplara mənzil, nəqliyyat və başqa əsas oyunların sahəsi və xidmətlər kimi idman yarışlarınınn və onalrın keçirilməsi yerlərinin daha detallı planlaşdırılmasını davam etdirməyə yol açdı” – Hikki bildirib.

AOK son illərdə təntənəli London 2012 Olimpiya və Paraolimpiya oyunları və bir çox başqa layihə və tədbirlərdə çoxlarının iştirak etdiyi bir çox hörmətli Oyun planlaşdırıcları və ekspertlərinin iştirakının təşkili ilə Təşkilat Komitəsinin peşəkarlığının artmasını yüksək qiymətləndirildi.
BAOƏK-in Baş Əməliyyat İcraçısı Cim Şerir söylədi ki: “Bakı Oyunlarının açılış mərasiminədək çox az - 600 gün qalmasına görə BAOƏK-də hər kəs coşğundur və Bakı, bütün Azərbaycan dövləti və Avropa qitəsinin qürur duya biləcəyi Oyunların keçirilməsinə diqqətlərini cəmləyiblər.”
“Bizim böyüklərdən ibarət təcrübəli komandamız yerlərdə olmuş və planlaşdırma yüksək səviyyədədir. Son altı ay ərzində böyük həcmdə işlər görülüb və Milli Olimpiya Komitəsi, İdman Federasiyaları və digər əsas maraqlı şəxslərlə bizim Oyunların detallarını bölüşməyə başlamaq ən böyük prioritetdir”.

Hikki Bakı Oyunlarını fantastik və innovativ kimi təsvir edərək, Bakı təşkilatçılarının Oyunları yerli cəmiyyəti və idman və idman dəyərləri ilə cəmiyyəti savadlandırmağa kömək etmək üçün katalizator kimi istifadə etməsindən AOK-un məmnun olduğunu söylədi.
Prezident Hikki Azərbaycan idman və gənclər naziri Azad Rəhimov tərəfindən Bakı Oyunlarına rəhbərlik edilməsini qiymətləndirdi və Azərbaycan hökuməti və xalqı tərəfindən oyunlara göstərilən dəstəyə görə təşəkkür etdi.

AOK Komissiyası üzvləri Oyun təşkilatçılarından texnologiya, mənzil, kommunikasiya, maliyyə, nəqliyyat, tikinti və idman və tədbirlərin keçirilməsi yeri kimi bir sıra funksional sahələrdə proseslər barədə təqdimat və hesabatları aldılar.

Onlar həmçinin boks, içəridə keçirilən voleybol, taekvando, qılınc oynatma və karate kimi beş idman növünə ev sahibliyi edəcək Kristal Zal daxil olmaqla əsas oyun keçirilən yerlərə turda iştirak etdilər.
Nazir Rəhimov bildirdi ki, Azərbaycan xalqı Avropa dövlətləri və atletlərinin uzun müddət yaddaşlarından silinməyəcək və Azərbaycanda və qitədə gələcək gənc nəsilləri ruhlandıracaq milli qarşılama və oyun vərdişləri nümayiş etdirməyi planlaşdırırlar və səfərləri zamanı göstərdikləri dəstəyə və məsləhətlərinə görə AOK-un Koordinasiya Komissiyasına təşəkkür etdilər.

“Bakı 2015 oyunları üçün bizim planlarımız AOK oyun mütəxəssisləri ilə keçirilən yüksək məhsuldar görüşlərlə əhəmiyyətli dərəcədə keyfiyyət əldə etmiş və güclənmişdir və biz ilk Bakı 2015 oyunlarına doğru irəlilədiyimizə görə Koordinasiya Komissiyasından növbəti səfərləri səbirsizliklə gözləyəcəyik”.

Xəbər 2480 dəfə oxundu.