Zidan: "Qızıl top" mükafatına Ronaldo və Riberi layiqdirlər"
"Real" (Madrid) klubunun məşqçisi Zinəddin Zidan "Qızıl top" mükafatına namizəd gördüyü futbolçuların adlarını açıqlayıb.

Zidan Kriştiano Ronaldo və ya Frənk Riberinin bu mükafatı qazanacağına inandığını bildirib:

"Bu mükafata layiq futbolçular çox deyil. Ancaq Ronaldo və Riberini bu mükafata layiq görürəm və onlardan birinin bunu qazanacağına inanıram. Təəssüf ki, "Qızıl top" mükafatı bir dənədir. Əgər iki dənə olsaydı, hərəsinə birini verərdilər. Ümid edirəm ki, bu mükafatı ən layiqli futbolçu qazanacaq".

Xəbər 878 dəfə oxundu.