Daşkənddən 3 mükafatla

Daşkənddə cüdoçular arasında dünya kuboku keçirilib. İdman.com.az saytının məlumatına görə, London olimpiadasına lisenziya verən yarışda komandamız uğurlu çıxış edib. 60 kq-da mübarizə aparan İlqar Müşkiyev bürünc medal uğrunda görüşdə yerli idmançı Şərəfuddin Lütfullayevə qalib gələrək, fəxri kürsüyə çıxıb. Bununla da, reytinqdə xal ehtiyatını bir qədər də yaxşılaşdırıb. Ondan fərqli olaraq, Tərlan Kərimov 3-cü yer üçün görüşdə özbək cüdoçusu Mirzahid Fərmanova uduzub, 5-ci olub.

Bu gün təşkil edilmiş görüşlərdə daha 2 cüdoçumuz fərqlənib. Ağır çəkili pəhləvanlarımız Elmar Qasımov (100 kq) və Emil Tahirov (+100 kq) 3-cü yerə çıxıblar.

Xəbər 1338 dəfə oxundu.