Yeniyetmə sərbəst güləşçilər Eskişehirdə qüvvələrini sınayacaq
30-31 oktyabr 2013-cü il tarixdə Türkiyənin Eskişehir şəhərində Türk Dünyası Mədəniyyət günləri çərçivəsində yeniyetmələr arasında sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək.

Turnirdə Azərbaycan, Türkiyə, Qazaxstan, Qırğızıstan, Özbəkistan, Bosniya və Hersoqovina, Gürcüstan, Makedoniya və Türkmənistan güləşçiləri iştirak edəcək.

Yeniyetmələrdən ibarət yığma komandanın məşçqiləri Vahid Məmmədov və Rövşən Hacıyevin rəhbərliyi altında 8 güləşçimiz turnirdə qüvvələrini sınayacaq. Heyətdə Əliabbas Rzazadə (42 kq), Sabutay Əmişov (46 kq), Əfqan Xaşalov (50 kq), Mahir Əmiraslanov (58 kq), Pənah İlyaslı (63 kq), Ruslan Aslanov (69 kq), Orxan Həsənov (85 kq) və Üzeyir Yusifov (100 kq) yer alıb.

Yarışın proqramına əsasən, ilk gün 42, 50, 63, 85 kq, ikinci gün 46, 58, 69 və 100 kq çəkidə güləşçilər mübarizə aparacaq.

Xəbər 854 dəfə oxundu.