"Barselona" alman qapıçı ilə razılığa gəldi
"Barselona" "Borussiya"nın (Münhenqladbarx) qapıçısı Andre ter Stegenlə razılığa gəlib.

21 yaşlı gənc qolkiper yeni mövsümdən etibarən Kataloniya klubunda forma geyəcək.

Qəzet yazıb ki, klubun idman direktoru Andoni Zubizarreta artıq Münhenqladbarx təmsilçisinin nümayəndələri ilə görüşüb. Tərəflər arasında ilkin müqavilə imzalanıb. "Barsa"nın bu transfer üçün 10 milyon avro ödəyəcəyi iddia edilib.

Xəbər 843 dəfə oxundu.