Arda Turan komandadan ayrı çalışdı
La Liqada sonuncu tunda "Betis"i 5:0 hesabı ilə məğlub edən "Atletiko" (Madrid) "Qranada" ilə matçın hazırlıqlarına start verib.

Sözügedən məşqlərdə komandanın zədəli oyunçusu Arda Turan da iştirak edib. O, komanda yoldaşları Dieqo Kosta, David Vilya, Luis Filipe və Tiaqo Mendeslə birgə ayrı çalışıb.

Türk yarımmüdafiəçinin "Qranada" ilə matçda iştirak edib-etməyəcəyinin məlum olmadığı bildirilib.

Qeyd edək ki, Arda son vaxtlar ağır yüklənməyə məruz qaldığı üçün sağ ayaq əzələsindən zədələnmişdi.

Xəbər 839 dəfə oxundu.