Tevez: "Yuventus"da heç bir problem yoxdur"
"Yuventus" klubunun hücumçusu Karlos Tevez komandasının A Seriyasında çempionluq şanslarını dəyərləndirib.

Qarşıda onları uzun marafon gözlədiyindən argentinalı futbolçu komandasının mövsümün sonunda çempion olacağına inandığını bildirib:

"Yuventus"da heç bir problem yoxdur. Hazırda turnir cədvəlinə "Roma"nın başçılıq etməsinə baxmayaraq, qarşıda bizi uzun marafon gözləyir. Çempionluq haqda danışmaq çox tezdir. "Yuventus" hər zaman öz oyunu ilə seçilib. Komandamın hər hansı böhranla üzləşməsi fikri ilə razı deyiləm. Biz əvvəlki kimi çempionluq iddiamızı davam etdiririk".

Qeyd edək ki, "Yuventus" 9 turdan sonra 22 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Xəbər 882 dəfə oxundu.