İsveçdə yeni çempion müəyyənləşdi
İsveç çempionatının 29-cu turu çərçivəsində "Malmö" klubu səfərdə "Elfsburq"un qonağı olub.

Bu görüşdə 2:0 hesabı ilə qalib gələn "Malmö" tarixində 17-ci dəfə ölkə çempionluğu sevincini yaşayıb.

Belə ki, bu qələbə sayəsində xalını 60-a yüksəldən "Malmö" sona bir tur qalmış ən yaxın izləyicisi AİK klubunu 5 xal qabaqlayıb. Bu səbəbdən artıq çempionatın son turu "Malmö" üçün formal xarakter daşıyacaq.

Qeyd edək ki, "Malmö" son turda doğma meydanda "Surianska" ilə qarşılaşacaq.

Xəbər 819 dəfə oxundu.