"Qalatasaray"ın futbolçusu əməliyyat olundu
Belindəki ağrılar səbəbindən uzun müddətdir oynaya bilməyən "Qalatasaray"ın futbolçusu Həmid Altıntop əməliyyat olunub.

Futbolçunun Almaniyadakı həkimləri Altıntopun vəziyyətinin yaxşı olduğunu qeyd ediblər.

Türkiyə millisinin futbolçusunun ən azı 5 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Lakin həkimlər sağalma prosesinin gedişindən asılı olaraq Altıntopun daha tez məşqlərə başlaya biləcəyini də istisna etməyiblər.

Qeyd edək ki, 30 yaşlı futbolçu sonuncu dəfə avqust ayının 25-də "Bursaspor"la görüşdə forma geyinmişdi.

Xəbər 823 dəfə oxundu.