“Baku Synergy”nin velosipedçisi “Tour of Hainan”da 2-ci yeri tutub
Çində çoxgünlük “Tour of Hainan” velosiped yarışı başa çatıb. İdman.com.az saytı xəbər verir ki, sonuncu, 9-cu mərhələdə “Baku Synergy” komandasının yeni zelandiyalı üzvü Riko Rocers uğurlu nəticə göstərib.

O, finişə 2-ci çatıb. Bizim idmançı sözügedən raundun qalibi niderlandlı Teo Ayaqyalınla eyni vaxtda gəlib: 3 saat 37 dəqiqə 1 saniyə.

Baş təsnifatda “Baku Synergy” klubundan ən yaxşı nəticə Konnor Makkonveydə olub. İrlandiyalı velosipedçi 37-ci yer tutub.

Xəbər 1100 dəfə oxundu.