Nuri Şahin Bendesliqada həftənin oyunçusu seçildi
Almaniya Bundesliqasında həftənin ən yaxşı oyunçusunun adı məlum olub.

"Borussiya" (Dortmund) klubunun türk futbolçusu Nuri Şahin həftənin ən yaxşı oyunçusu seçilib.

O, bu ada "Şalke"ni 1:3 hesabı ilə məğlub etdikləri matçda göstərdiyi oyuna görə layiq görülüb.

Qeyd edək ki, sözügedən qarşılaşmada N.Şahin komandasının ikinci qolunu vurub.

Xəbər 928 dəfə oxundu.