Beyl yenidən Premyer Liqa yolunda
"Real" (Madrid) klubunun futbolçusu Qaret Beyl yenidən İngiltərə Premyer Liqasında forma geyinə bilər.

Bu barədə Britaniyanın "The Sunday Times" qəzeti məlumat yayıb.

Qəzet iddia edib ki, mövsümə yaxşı başlamayan və "El Klassiko"da gözlənilən oyunu sərgiləməyən uelsli yarımmüdafiəçi qış transferi pəncərəsində "Mançester Yunayted"ə gedə bilər.

"Barselona"nın transferi Neymarla müqayisədə zəif təsir bağışlayan Beylin komandadan ayrılmasına klub prezidenti Florentino Perezin də razılıq verəcəyi iddia edilir.

Qeyd edək ki, "Mançester Yunayted" yay transferi pəncərəsində oyunçunu heyətinə qatmaq istəsə də, bu baş tutmamışdı.

Xəbər 842 dəfə oxundu.