Avropa Xüsusi Olimpiya Komitəsinin konfransı Moskvada keçiriləcək

Sentyabrın 26-dan 29-na qədər Moskvada Avropa Xüsusi Olimpiya komitə rəhbərlərinin konfransı keçiriləcək. Tədbirdə Avropanın 54-55 ölkəsinin Xüsusi Olimpiya komitə rəhbərlərinin iştirakı planlaşdırılır.

Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyevin idman.com.az saytına verdiyi məlumata görə, konfransda Afinada keçirilmiş sonuncu Ümumdünya Xüsusi Yay Olimpiya Oyunları ilə bağlı komitə rəhbərlərinin hesabatı dinləniləcək və növbəti 4 il üçün perspektivlər müzakirə olunacaq.

Məlumat üçün bildirək ki, bu ilin avqustunda keçirilmiş son Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında təmsilçilərimiz mini futbol, badminton, stolüstü tennis və üzgüçülük üzrə mübarizə aparmışdılar və ümumilikdə 14 medal qazanmışdılar.

Xəbər 1209 dəfə oxundu.