İbrahimoviç: "Qızıl top"u qazanmaq hədəfim deyil"
PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç "Qızıl top" mükafatı haqda fikirlərini bölüşüb.

"L`Equipe" qəzetinə danışan isveçli forvard bu mükafatı qazanmağı əsas hədəfləri sırasında görmədiyini açıqlayıb.

"Komandamın qələbəsi "Qızıl top" mükafatını qazanmaqdan daha vacibdir. Bu mükafat mənim əsas hədəflərim sırasında yer almır. Əsas hədəfim komandamla yeni titullar qazanmaqdır. Şəxsi mükafatlar isə mənim üçün əlavə bonusdur".

Xəbər 875 dəfə oxundu.