Sneyder 6 ildən sonra bacardı
Son qarşılaşmalarda göstərdiyi oyunla diqqət çəkən "Qalatasaray"ın futbolçusu Uelsli Sneyder altı il əvvəlki uğurunu yenidən təkrarlayıb.

Yarımmüdafiəçi Superliqada komandasının "Kayserispor"u 4:1 hesabı ilə məğlub etdiyi matçda da fərqlənə bilib.

Bununla da Sneyder bir klub forması ilə 6 illik fasilədən sonra ard-arda üç rəsmi matçda qol vurmağı bacarıb.

Qeyd edək ki, bundan əvvəl hollandiyalı futbolçu 2007/2008 mövsümündə "Real" (Madrid) klubunda oynayarkən bu uğuru əldə edə bilmişdi.

Xəbər 892 dəfə oxundu.