Ağcabədidə taekvando üzrə rayon birinciliyi keçirilib
Oktyabrın 14-də Ağcabədi rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə Taekvondo üzrə gənclər arasında rayon birinciliyi keçirilib.

Ağcabədi Rayon Mərkəzi stadionunda 31 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi rayonda Taekvondo idman növünün inkişaf etdirilməsi olub.

Sonda Şamil Şirinzadə (45 kq), Murad Hüseynov (48 kq), Səbuhi Fətullayev (51 kq), Nurlan Fətəliyev (55 kq) birinci yerlərə layq görülüb.

Xəbər 955 dəfə oxundu.