"Bavariya"dan Messiyə 250 milyon avro
"Barselona" klubunun hücumçusu Lionel Messi yeni iddia ortaya atılıb.

"Bavariya" klubu argentinalı futbolçunun transferi üçün 250 milyon avrosundan keçməyə hazırdır.

Münhen təmsilçisinin baş məşqçisi Pep Qvardiola sabiq futbolçusunu komandasında görmək istəyir. 250 milyon avronun yarısının klubun sponsoru olan "Adidas" şirkəti tərəfindən ödəniləcəyi bildirilir. Messinin və "Barselona" rəhbərliyinin bu təklifi necə qarşılayacağı böyük maraqla gözlənilir.

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Messi bu komandanın keçirdiyi 253 oyunda 223 qola imza atıb.

Xəbər 982 dəfə oxundu.