"Mançester Siti" "Qalatasaray"a qiymət "oxudu"
"Qalatasaray"ın baş məşqçisi Roberto Mançini Aleksandr Kolarovun ardınca daha bir sabiq futbolçusunu İstanbulda görmək istəyir. İtaliyalı mütəxəssis "Mançester Siti"nin üzvü Edin Dzekonun transferində maraqlıdır. "Qalatasaray"ın prezidenti Ünal Aysal da bosniyalı ulduzu komandasında görmək istədiyini gizlətmir. "Cim-Bom" artıq Dzekonun keçidi ilə bağlı "Mançester Siti"yə müraciət etsə də, aldığı cavabdan şok olub. Belə ki, "şəhərlilər" Dzekoya görə 17 milyon avro tələb edir. Təbii ki, bu rəqəm də heç cür "Qalatasaray" rəhbərliyini qane edə bilməz. Odur ki tərəflərin yenidən danışıqlar masası arxasına əyləşəcəyi gözlənilir. Lakin Dzeko özü hələ ki "Mançester Siti"ni tərk etmək barədə düşünmədiyini bildirib: "Hazırda "Mançester Siti"nin futbolçusuyam və burada olmaqdan məmnunam. Ən azı cari mövsümün sonuna kimi komandada qalacağam. Yayda nələr olacağını isə zaman göstərəcək".

Xəbər 859 dəfə oxundu.