Ançelotti: “Özilin getməsini şəxsən mən istədim”
Mövsümün əvvəlində gözlənilmədən "Real"dan "Arsenal"a transfer olan Məsut Özilin Madrid klubundan getməsini baş məşqçi Karlo Ançelotti istəyib.

Bu barədə italiyalı mütəxəssisin özü İspaniya mətbuatına açıqlamasında deyib. O, Anxel Di Mariyanı saxlayıb, alman yarımmüdafiəçinin transfer olunmasına razılıq verməsinin səbəbini belə izah edib:

"Di Mariya səviyyə fərqində Məsutdan geri qala bilər. Ancaq daha xarakterli olduğu üçün onu seçdim. Bu səbəbdən Beylin gəlməsi ilə Özili göndərdim" - deyə Ançelotti bildirib.

Xəbər 832 dəfə oxundu.