18 oktyabr dövlət müstəqilliyi gününə həsr olunmuş ilhamlı qələbələr adlı paintball turniri
26 oktyabr tarixində, Bakı şəhəri, “AF Hotel & Aqua Park” Ailəvi İstirahət Mərkəzində Novitas Group MMC, AR Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Bakı şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Peyntbol Assosiasiyası və “Sportsman” jurnalının təşkilatçılığı ilə Azərbaycan Respublikası Müstəqillik Günü və cənab prezident İlham Əliyevin Azərbaycan Respublikası Prezidentinin Seçkilərindəki qələbəsinə həsr olunmuş mətbuat nümayəndələri və tanınmış estrada ulduzlarının iştirakı ilə “İlhamlı Qələbələr” adlı ilk peyntbol turnirinin keçirilməsi planlaşdırılır.

Yarışın açılış mərasimi və mübarizəyə oktyabrın 26-da saat 11:00-da start veriləcək. Yarışda ümumilikdə hərəsində 8 iştirakçı olmaqla 4 komanda iştirak edəcəkdir. Komandalar şərti olaraq “Müğənnilər”, “Aktyorlar”, “Aparıcılar” və “Jurnalistlər” olaraq adlandırılacaqdır. Yarışda ümumilikdə 4 oyun, sonda isə qalibləri müəyyən etmək üçün duellər keçiriləcəkdir. İlk 3 yeri tutmuş qaliblər turnirin xüsusi diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılacaqdır.

Mükafatlandırma mərasimi və şou-proqram saat 17:00-da başlayacaqdır. Turnir TV kanallar və internet portalları tərəfindən işıqlandırılacaqdır.

Turnirin açılış mərasimində AR Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəhbərliyi, digər yüksək vəzifəli şəxslər və iş adamları iştirak edəcəklər.

PaintBall – Xüsusi rənglərlə dolu şarların istifadəsi ilə hərbi şəraitdə keçirilən komanda oynudur. Oyunun ən böyük üstünlüyü hərbi və milli ruhu gücləndirməklə yanaşı gənclərin çox böyük marağına səbəb olmasıdır. Əsasən komanda şəklində oynanılan bu oyunda həmrəylik və komanda ruhu kimi xüsusiyyətlər çox bpyük rol oynayır.

Xəbər 1050 dəfə oxundu.