UEFA rus azarkeşlərlə bağlı araşdırmaya başladı
UEFA Çempionlar Liqasının CSKA - "Mançester Siti" qarşılaşmasında meydan sahiblərinin irqçi davranışları səbəbindən araşdırmalara başlayıb.

Sözügedən matçda qonaq komandanın futbolçusu Yaya Tureyə irqçi şüarlar səsləndirildiyi bildirilmişdi. Ancaq Moskva təmsilçisi rəsmi saytında videoları diqqətlə izlədiklərini, irqçi davranışlara rast gəlinmədiyini açıqlamışdı.

Bu barədə UEFA araşdırmalar apardıqdan sonra qərarını oktabrın 30-u verəcək.

Qeyd edək ki, "Mançester Siti"nin futbolçusu Yaya Ture açıqlamasında ona qarşı irqçi şüarlar səsləndirildiyini bildirib.

Xəbər 819 dəfə oxundu.