İdmançılarımız daha bir lisenziya yarışında

Sentyabrın 19-dan 25-nə qədər Fransanın Morelye şəhərində bədii gimnastika üzrə dünya çempionatı keçiriləcək. Lisenziya xarakterli bu yarışda ölkəmizi fərdi yarışlarda Aliyə Qarayeva, Zeynəb Cavadlı və Anna Qurbanova, qrup yarışlarında Ceyla Quliyeva, Aelita Xələfova, Səbinə Abbasova, Anastasiya Prasolova, Stefani Trayanova və Yevgeniya Jidkova təmsil edəcəklər.
Qeyd edək ki, fərdi yarışlar London-2012-yə 15 lisenziya verəcək. Hər ölkə bu yarışlarda London Olimpiadasına ən çoxu iki lisenziya qazana bilər. Qrup yarışlarında isə 6 lisenziya öz sahibini tapacaq.

Xəbər 1044 dəfə oxundu.