"Beşiktaş"ın futbolçusu 2 həftə oynamayacaq
Cari mövsümdə zədələrdən əziyyət çəkən "Beşiktaş" daha bir futbolçusunu itirib. "Qara qartal"ın aparıcı üzvü Necip Uysal sıradan çıxıb. Uysal dünənki məşqdə sağ ayağından zərbə alıb. Həkim müayinəsindən sonra bəlli olub ki, o, 2 həftə yaşıl meydanlardan kənarda qalacaq. Əvəzində məşqçilər korpusu Oğuzxan Özyakupun 1 aylıq fasilədən sonra məşqlərə başlamasına seviniblər.

Xəbər 844 dəfə oxundu.